Makron Trampla münasibətlərindən danışdı: Zəif deyiləm

10.02.2026

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla münasibətlərində qarşı tərəfə hörmət göstərdiyini, lakin zəiflik nümayiş etdirmədiyini bildirib.

Hurriyyet.org xəbər verir ki, Makron "Süddeutsche Zeitung" qəzetinə verdiyi müsahibədə Ağ Ev rəhbəri ilə münasibətləri barədə danışıb.

"Mən hər şeyə peşəkarcasına yanaşıram. Amma zəif deyiləm. Mən heç vaxt ABŞ-ı, onun xalqını və ya rəhbərliyini təhqir etməmişəm. Həmçinin onları lağa qoymuram, çünki ABŞ-ı çox böyük demokratik ölkə hesab edirəm. Bu, strategiya deyil. Həmişə düşündüyümü deyirəm. Amma açıq təcavüzə gəldikdə, düşünürəm ki, geri çəkilməməliyik. Biz bu strategiyanı aylardır sınayırıq və bu, işə yaramır", - deyə Fransa lideri qeyd edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Emmanuel Makronu yaxşı oğlan və dost adlandırsa da, onun tezliklə istefa verəcəyini proqnozlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью