Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
"Greenpeace" ətraf mühit təşkilatının fəalları Fransanın paytaxtı Parisdəki Qrevin muzeyindən prezident Emmanuel Makronun mum heykəlini oğurlayıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, fəallar oğurladıqları 40 min avroluq heykəli Rusiya səfirliyi qarşısında Ukrayna tərəfdarının təşkil etdikləri nümayişə aparıblar.
"Greenpeace"in Fransa direktoru Jean Frankois Julliard heykəli oğurlamaqda məqsədin Makronun Ukrayna və Rusiya ilə bağlı “ikili oyunu” adlandırdıqlarına diqqət çəkmək olduğunu bildirib. Julliard bəyan edib ki, Fransa prezidenti Makron Avropa liderləri arasında Rusiya ilə ticarət razılaşmalarına son qoyan ilk şəxs olmalıdır.
Qadir, Bizimyol.info