Makron: “Üçüncü Dünya Müharibəsində başlanmasını istəyən Putindir”

03.03.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa prezidenti Donald Trampın “Üçüncü Dünya Müharibəsində oynamaqda” və Putinlə güzəştə getməkdən imtina etməkdə ittiham etdiyi Ukrayna prezidentinə tam dəstək verib.

Bizimyol.info xəbər verir ki, Emmanuel Macron cümə günü, fevralın 28-də deyib ki, Donald Trampın onu ittiham etdiyinin əksinə olaraq, “kimsə Üçüncü Dünya Müharibəsini yaratmağa çalışırsa, o, Vladimir Zelenski deyil, Vladimir Putindir”.

“Hamımızın eşitdiyi kimi, bizi nüvə silahı ilə hədələyən və III Dünya Müharibəsində oynayan bir şəxs varsa, biz onu Kiyevdə axtarmamalıyıq. Yaxşı olar ki, onu Moskvada axtaraq”, - deyə o, Portuqaliyanın "RTP1" və "RTP3" kanallarına müsahibəsində deyib.

“Hamımızın Ukrayna xalqına və prezident Zelenskiyə böyük hörmət bəsləmək məsuliyyətimiz var. Hücum altında olan bir xalq var, o da Ukraynadır”, - deyən dövlət başçısı Ağ Evdəki qalmaqaldan sonra ukraynalı həmkarı ilə danışan Portuqaliyanın "RTP1" və "RTP3" kanallarına müsahibəsində qeyd edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью