Makron Ukrayna böhranının həlli üçün səyləri ikiqat artıracağına söz verib

18.04.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa prezidenti Emmanuel Makron ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff ilə görüşdən sonra Ukrayna münaqişəsinin sülh yolu ilə həllini təmin etmək üçün səyləri gücləndirmək planlarını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Makron "X" sosial şəbəkə hesabında yazıb.

"Ukrayna və Yaxın Şərqdə sülhə nail olmaq üçün səylərimizi ikiqat artıracağıq. Müttəfiqlərin birgə fəaliyyəti vacibdir", - deyə o qeyd edib.

O, həmçinin Parisdəki görüşə görə Rubio və Vitkoffa təşəkkür edib.

Səfər zamanı Rubio və Vitkoff Fransanın xarici işlər naziri Jan-Noel Barrot, Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik müşaviri Conatan Pauel, Almaniya kanslerinin xarici siyasət məsələləri üzrə müşaviri Yens Ploetner və Vladimir Zelenskinin aparat rəhbəri Andriy Yermakla da danışıqlar aparıb.

"France-Presse" agentliyi xəbər verir ki, beş ölkə nümayəndələrinin növbəti görüşü gələn həftə Londonda planlaşdırılır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью