Makron Ukrayna danışıqlarında Türkiyənin də iştirak etməsini istədi

19.08.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

Fransa Prezidenti Emmanuel Makron Ukrayna ilə bağlı danışıqlarda Türkiyənin də iştirak etməsini irəli sürüb.

Metbuat.az xəbər verir ki, bu barədə Makron Ağ Evdə ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı liderlərinin qatıldığı görüşdən sonra açıqlama verib. O, ABŞ, Rusiya və Ukrayna liderlərinin potensial üçtərəfli zirvə görüşündən sonra avropalıların və Türkiyənin iştirakı ilə danışıqların yeni raundunun keçirilməsinin tərəfdarı olduğunu bildirib.

Ukraynada sülhün əldə edilməsi üçün Vaşinqtonda bir sıra danışıqların razılaşdırıldığını qeyd edən Makron, danışıqların davam etməsi üçün atəşkəs və ya döyüşlərin dayandırılmasının vacibliyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью