“Makron Ukrayna ilə bağlı mövqeyini dəyişib, Türkiyə isə…” YENİ MƏQAMLAR KONKRET | Icma.az
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya-Ukrayna cəbhəsində vəziyyət gərgin olaraq qalır və 4-cü ildir davam edən müharibənin sona çatması müzakirə mövzusudur.
Ukraynanın əsas dəstəkçisi ABŞ-ın siyasi kursunu dəyişməsi Kiyevə ağır zərbə oldu.
Bayden administrasiyasının hakimiyyətdən getməsindən sonra təklənən Ukrayna, Trampın təzyiqi ilə üzləşib.
Ötən həftə Səudiyyə Ərəbistanında münaqişənin müzakirəsi Ukraynasız aparılıb və danışıqlar Rusiya ilə ABŞ arasında baş tutub.
Ukrayna prezidenti Volodimir Zelenski isə dərhal Ankaraya üz tutub və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirələr aparıb.
Ankaradan qayıtdıqdan sonra Zelenski bildirib ki, Türkiyə ordusu Ukrayna ərazisində sülhməramlı kimi yerləşdirilə bilər.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Zelenski indi Ukraynanın təhlükəsizliyinə zəmanət verən tərəf axtarır: “Ona görə də, Ukraynanın təhlükəsizliyinə zəmanət duran tərəflərdən biri kimi Türkiyəni görür və bu ölkəyə səfər edib.
Tam oxu
Xəbəri oxu