Makron Ukrayna Rusiya danışıqlarına çağırıb

19.02.2025

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Fransa prezidenti Emmanuel Makron Braziliya prezidenti Lula de Silva ilə söhbətindən sonra deyib ki, Kiyev və Moskva Ukraynadakı münaqişənin həlli üçün eyni danışıqlar masasına oturmalıdırlar.

“Biz birlikdə inanırıq ki, Ukraynada sülhə yalnız danışıqlar yolu ilə, Rusiya və Ukraynanı bir masa arxasında birləşdirməklə nail olmaq olar”, – Fransa siyasətçisi X sosial şəbəkədə yazıb .

Bundan əvvəl Makron Rusiya lideri Vladimir Putinlə danışıqlara hazır olduğunu bəyan edib.

O, həmçinin qeyd edib ki , o , Fransa qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmır.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью