Makron Ukraynada Putini tənqid etdi

10.05.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynada səfərdə olan Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin barəsində açıqlama verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Makronun sözlərinə görə, Putin sülhün tərəfdarı deyil.

"Prezident Putin sülh tərəfdarı deyil, müharibənin tərəfindədir və onun sülh istədiyini düşünənlər yanılır", - Fransa prezidenti deyib.

Makron həmçinin Ukraynada “güclü və davamlı sülh qurmaq” arzusunu ifadə edib. O, həmçinin Rusiyanı "tarixi revizionizm" iddiasında ittiham edib.  

Gülayə Mecid


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью