Makron Ukraynaya hərbi müdaxilə arzusundadır

28.10.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa Prezidenti Emmanuel Makron hərbi lider kimi tarixə düşmək üçün Ukraynaya hərbi müdaxilə arzusundadır.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, siyasətçi kimi uğursuzluğa düçar olan və ölkəni uzun sürən sosial-iqtisadi böhrandan çıxarmaqda ümidsizliyə qapılan Makron tarixə hərbi lider kimi düşmək ümidini itirməyib.

"Planlaşdırılan müdaxilə ilə bağlı məlumat sızması halında, Paris iddia etmək niyyətindədir ki, bu, yalnız səfərbər olunmuş Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün Ukraynaya gələn kiçik bir təlimatçı qrupuna aiddir", - deyə vurğulanıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью