Makron Vaşinqtonun zərbələrindən sonra təcili hərəkətə keçdi KONKRET

22.06.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın İrana endirdiyi hava zərbələrindən sonra Fransa Prezidenti Emmanuel Makron ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclasını keçirəcək.

KONKRET.az xəbər verir ki, Yelisey sarayı Fransanın əsas prioritetinin İranda və İsraildə olan vətəndaşlarının təhlükəsiz şəkildə təxliyəsinə dəstək göstərmək olduğunu bəyan edib.

Paris bölgədə vəziyyətin daha da gərginləşməsindən dərin narahatlıq keçirir.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью