Makron və Avropa liderləri Trampla Ukrayna nizamlanmasını müzakirə ediblər

10.12.2025

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Fransa prezidenti Emmanuel Makron və digər Avropa liderləri Ağ Ev rəhbəri Donald Trampla Ukrayna münaqişəsinin həllini müzakirə ediblər.
Newscenter.az TASS-a istinadən bildirir ki, Makron bu barədə Fransanın qərbindəki Saint-Malo şəhərində Ouest-France qrupunun nəşrlərinin oxucuları ilə görüşdə bildirib.
Makron deyib ki, Trampla Ukrayna böhranı ətrafında telefon danışığı ilə 40 dəqiqəlik müzakirə aparılıb. Ancaq o, müzakirələrin təfərrüatlarını açıqlamayıb.
Telefon danışığında Böyük Britaniyanın baş naziri Key Starmer və Almaniya kansleri Fridrix Merz də iştirak ediblər.
Cavid
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью