Makron və İvanişvili bir saatdan çox müzakirə aparıb

11.12.2024

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Fransa Prezidenti Emmanuel Makron hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə telefonla danışıb.
Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Onlar Gürcüstandakı cari vəziyyəti müzakirə ediblər.
Makron ölkədəki vəziyyətin sabitləşməsi üçün dəstək göstərməyə hazır olduğunu bildirib.
Telefon danışığı təxminən bir saat davam edib. Tərəflər bir neçə gündən sonra yenidən əlaqə saxlamaq barədə razılığa gəliblər(Report).

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью