Makron və Merts dil tapa bilmirlər

23.07.2025

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Fransa-Almaniya münasibətləri üzrə ekspert Ceykob Ross “Politico” nəşrinə müsahibəsində Almaniya kansleri və Fransa prezidentinin dilemma ilə üzləşdiklərini iddia edib: xarici siyasətdə uğur qazanmaq üçün onların hər ikisi çox güman ki, daxili prioritetlərini qurban verməli olacaqlar.
Nəşrin yazdığına görə, Makron və Merts bir sıra əsas məsələlərdə, o cümlədən müdafiə sahəsində əməkdaşlıq və ticarət əlaqələri üzrə artıq fərqli düşüncəyə malikdirlər.
“Beləliklə, Paris və Berlin yeni nəsil döyüş təyyarəsinin birgə hazırlanması layihəsini razılaşdıra və hələ də Ukraynaya Amerika silahlarının tədarükü ilə bağlı ortaq mövqeyə gələ bilməyiblər. Ticarət məsələlərində Almaniya ABŞ ilə mübahisələrin tezliklə həll edilməsində və yeni sazişin bağlanmasında israrlıdır, Fransa isə ehtiyatlı davranır”, - “Politico” vurğulayır.
Fridrix Mertsin Emmanuel Makronla iyulun 23-də Berlində danışıqlar aparacağı gözlənilir. Almaniya hökumətinin sözçüsü Şteffen Mayerin sözlərinə görə, görüşdə “Avropanın və beynəlxalq siyasətin aktual problemləri” müzakirə olunacaq.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью