Makron və Tokayevdən Bakıİrəvan sülhü ilə bağlı bəyanat

06.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Fransaya səfəri zamanı Fransa prezidenti Emmanuel Makronla birgə bəyannamə imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə Yelisey sarayının rəsmi saytı məlumat yayıb. 

Bəyannamədə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına və iki ölkə arasında sülh sazişinin tezliklə imzalanmasına tam dəstək ifadə olunub: "Prezidentlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq, hər iki dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşaraq regionda ədalətli və sabit sülhün bərqərar olunmasına xidmət edən sazişin tezliklə imzalanmasına tam dəstəyini ifadə ediblər". 

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью