Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Trampla qlobal enerji vəziyyətini müzakirə etmək məqsədilə telefon danışığı aparıblar.
525.az xəbər verir ki bu barədə Yelisey sarayı məlmat yayıb.
Fransa prezidentinin ofisindən bildirilib ki, hər iki ölkə “ixrac məhdudiyyətləri olmadan” əlaqələndirilmiş fəaliyyət göstərməkdə ortaq marağı bölüşüblər.
Yelisey sarayının məlumatına görə, danışıqlar zamanı yanacağın qiymətlərinin artmasına qarşı mübarizə aparmaq və neft məhsullarına çıxışı təmin etmək üçün birgə fəaliyyətin zəruriliyi vurğulanıb.
Həmçinin qeyd olunub ki, “Böyük yeddilik” (G7) ölkələri liderlərinin videokonfransı mümkün qədər tez keçiriləcək. Fransa G7-yə sədrliyi öz üzərinə götürüb.
Pərvanə Sultanova