Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Fransa Prezidenti Emmanuel Makron Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında ABŞ Prezidenti Donald Trampla “çox konstruktiv” söhbət etdiyini bildirib. “Le Figaro” qəzetinin məlumatına görə, tərəflər digər məsələlərlə yanaşı, Ukraynaya dəstək məsələsini də müzakirə ediblər.
Məlumatı “Kommersant” verib.
Qəzetin məlumatına görə, prezidentlər “ukraynalı dostlarına, xüsusən də hava hücumundan müdafiə raketlərinin tədarükü məsələsində daha sürətli və qətiyyətli yardım göstərməyin vacibliyini” müzakirə ediblər.
BFM TV-nin mənbələrinə görə, görüş Fransa tərəfindən “Prezident Trampı düzgün qərarlara yönəltmək” – “Ukraynanı dəstəkləmək üçün səyləri davam etdirmək və Rusiyaya təzyiqi artırmaq” üçün bir fürsət kimi qəbul edilib.
P.ƏMİRCANOV
XQ