Makron xalqa müraciət edəcək

05.12.2024

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa Prezidenti Emmanuel Makron bu gün axşam saatlarında xalqa müraciət edəcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə BFMTV Yelisey sarayına istinadən məlumat yayıb.

Onun çıxışının Bakı vaxtı ilə 23:00-da olacağı qeyd olunub.

Xatırladaq ki, Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq barədə qətnamə qəbul edib. 1962-ci ildən bəri ölkə tarixində ilk dəfə hökumət etimad səsverməsindən sonra devrilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью