Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, Fransız lider Almaniyanın "Süddeutsche Zeitung" qəzetinə verdiyi müsahibədə ABŞ-ın ticarət rüsumları tətbiq etməsinə və Vaşinqtonun Qrenlandiya üzərində iddialarına diqqət çəkib.
“İnsanlar ümidsiz vəziyyətdədir. Artıq bilmək olmur ki, amerikalılar nə qədər irəli gedə bilər”, – deyə Makron bildirib. O vurğulayıb ki, “bu yalnız Qrenlandiya ilə bağlı deyil. Bu mərhələdə biz yalnız özümüzə arxalanmalıyıq”.
Fransa Prezidenti xəbərdarlıq edib: “Əgər heç bir tədbir görməsək, beş ildən sonra Avropa silinəcək, birliyimiz dağılacaq”, - deyə bildirib. Onun sözlərinə görə, Qrenlandiya ətrafındakı vəziyyət Avropaya təhlükə altında olduğunu göstərdi.
ABŞ administrasiyası 31 yanvarda Qrenlandiyanın gələcək statusu ilə bağlı danışıqlara başladığını açıqlayıb və həm ABŞ, həm də Avropa üçün yaxşı razılaşma əldə etməyi ümid etdiyini bildirib. Vaşinqton hesab edir ki, bir sıra məsələlər artıq razılaşdırılıb.
ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin zəruriliyini vurğulayıb. İlk prezidentlik dönəmində adanı almağı təklif etmiş, 2025-ci ilin martında isə onun ilhaq edilə biləcəyinə əminliyini ifadə etmişdi.
Qrenlandiya Danimarka ərazisi daxilində muxtar bölgə statusuna malikdir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzvlük öhdəliklərinə əlavə olaraq müqavilə imzalayıblar. Bu müqaviləyə əsasən, ABŞ adanı mümkün aqressiyadan müdafiə etməyi öz üzərinə götürüb.
Qadir, Bizimyol.info