Makron yaxşı oğlandır, amma sözünün çəkisi yoxdur

25.07.2025

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Fransa dövlət başçısı Emmanuel Makronun Fələstini tanımaq təşəbbüsünə münasibət bildirib.

Donald Tramp Makronun sözlərinin əhəmiyyətsiz olduğunu vurğulayıb.

“Dediklərinin əhəmiyyəti yoxdur. Ondan xoşum gəlir, yaxşı oğlandır. Amma bu bəyanatının heç bir çəkisi yoxdur”, – Tramp qeyd edib.

Xatırladaq ki, Emmanuel Makron Fransanın sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью