Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Fransa prezidenti Emmanuel Makronun təklif etdiyi G7 sammitində iştirak etmək üçün Parisə getmək planım yoxdur".
"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.
"Çünki bilirsiniz ki, Emmanuel orada çox qalmayacaq və orada sabitlik yoxdur. O, mənim dostumdur, yaxşı oğlandır.
Mən Makronu sevirəm, amma bildiyiniz kimi, o, orada çox qalmayacaq.
Və düşünürəm ki, danışdığınız bəzi insanlarla deyil, bu prosesdə birbaşa iştirak edən insanlarla görüşürəm", - deyə Tramp əlavə edib.
Xatırladaq ki, dünən ABŞ prezidenti Fransa prezidentinin ona ünvanladığı məktubu dərc etmişdi və orada Makron Trampı Parisdə keçiriləcək G7 sammitində iştirak etməyə dəvət etmişdi.
Ağarza Elçinoğlu Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.