Makron Yeganə yol Fələstin dövlətinin tanınmasıdır

08.07.2025

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Fələstinin tanınmasının Yaxın Şərqdə sülhə aparan yeganə yol olduğunu söyləyib. Makron həm də Qəzza sektorunda atəşkəsə nail olmağın zəruriliyini bildirib.
Makron Britaniya parlamentində çıxış edərək deyib: "Biz Fələstin dövlətinin tanınması üçün birlikdə çalışırıq. Bu siyasi qərarın qəbul edilməsi - sülhə aparan yeganə yoldur".
Makron Qəzza sektorunda atəşkəsə nail olmağın lazım olduğunu söyləyib: "Strateji məqsəd olmadan aramsız müharibə aparılması regional və ümumi təhlükəsizlik üçün böyük təhdiddir".
Hürr Tərcüman

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью