Makron yenə özünü gülünc vəziyyətə saldı VİDEO

07.07.2026

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə dünya mediasının gündəminə gəlib.

"Bakupost" xəbər verir ki, NATO-nun Ankarada keçirilən sammiti çərçivəsində Türkiyəyə səfəri zamanı Makron Türkiyənin birinci xanımı Əminə Ərdoğanın əlini öpməyə çalışıb.

Ancaq onun cəhdi baş tutmayıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq, geniş müzakirələrə yol açıb.

Sözügedən görüntüləri təqdim edirik:



Qeyd edək ki, İtaliya Baş naziri Corcia Meloni ilə görüşü zamanı Makronun onu həddindən artıq yaxın qucaqlayıb iki dəfə öpməsi, Paris Olimpiadasının açılışında isə idman naziri Ameli Udea-Kastera ilə bərk-bərk qucaqlaşaraq boynundan öpməsi onu dünya mediasında lağ obyektinə çevirmişdi.

Asena,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью