Makrona Cənab Şantaj ləqəbi verildi

28.11.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) çoxillik büdcəsi ilə bağlı danışıqları pozmaqla hədələdikdən sonra avropalı diplomatların tənqidinə tuş gəlib.

Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, büdcə xərclərinin azaldılması məsələsində yaranan fikir ayrılığından sonra Makronu “Cənab Şantaj” adlandırmağa başlayıblar.

Avropalı diplomatlardan biri Fransa prezidentini ümumavropa maraqlarını ölkəsində keçiriləcək prezident seçkilərinə tabe etdirməkdə ittiham edib.

Diplomat milli seçkilər naminə büdcə danışıqlarının girova çevrilməsini qəbuledilməz adlandırıb.

Makron isə Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koştanı sərt tənqid edərək onun yanaşmasını Avropa üçün strateji səhv hesab etdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью