Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Solçu "Əyilməz Fransa" partiyası ölkə parlamentinə Prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması haqqında qətnamə layihəsi təqdim edəcək.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Emmanuel Makron getməlidir. Biz ötən həftə rədd edilən impiçment ərizəsini yenidən təqdim etməyə hazırlaşırıq", - o qeyd edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin