Makrona sərt cavab: Mayot Qəmər adalarınındır

25.04.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Paris, 25 aprel, AZƏRTAC

Mayotun Hind Okeanı Komissiyasına inteqrasiyasından söhbət gedə bilməz, Mayot Qəmər adalarınındır.

AZƏRTAC xəbər verir ki, bu fikri Qəmər adalarının xarici işlər naziri Mohamed Mbae adıçəkilən Komissiyanın V Zirvə toplantısında Fransa prezidenti Emmanuel Makronun təxribatçı təklifinə cavab olaraq səsləndirib. “Hind Okeanı Komissiyası beynəlxalq hüquqa hörmət etməlidir. Beynəlxalq hüquqa görə isə Mayot Qəmər adalarına məxsusdur”, - deyə nazir Fransa prezidentinə beynəlxalq hüquq dərsi keçib.

Vurğulanıb ki, Qəmər adaları Mayotun Hind Okeanı Komissiyasına inteqrasiyasını istəmir və Fransanın bu ada üzərindəki hökmranlığına qarşıdır.

Xatırladaq ki, E.Makron Mayot adasının sözügedən Komissiyaya üzv olmasını təklif edib. Bunun dərhal deyil, mərhələlərlə həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb. O, Fransanın Mayotdakı mövcudluğuna qarşı çoxsaylı bəyanatlar verən ölkələrlə də razılaşmadığını bildirib. “Mayot mahora xalqının seçimi ilə Fransanındır. Çaşqınlığın çox olduğu, bəzilərinin bu haldan imperializmə və müharibələrə haqq qazandırmaq üçün istifadə etdiyi bir vaxtda faktları, tarixi həqiqətləri bərpa etmək çox vacibdir”, - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью