Makrondan çağırış: “ABŞ ın “xoşbəxt vassallığından” qurtulmaq lazımdır”

28.02.2025

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Fransa Prezidenti: “Avropa qitəsi həmişəkindən daha vahid və güclü olmalıdır”

Fransa Prezidenti Emmanuel Makron Avropanı ABŞ-ın yeni administrasiyasının gözlənilməz xarici siyasəti fonunda ABŞ-ın “xoşbəxt vassalığından” əl çəkməyə çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə BFMTV yazıb.

Portuqaliyaya iki günlük dövlət səfəri zamanı Makron avropalıları “risk, ambisiya və güc zövqünü kəşf etməyə” çağırıb: “Avropa qitəsi həmişəkindən daha vahid və güclü olmalıdır”.

““Avropamızda amerikalılara qarşı yaxşı olmalıyıq. Bu da keçəcək, boyn əyməliyik” deyən bir çox insan görürəm. Bu, doğru deyil. Cavab təslim olmaq olmamalıdır”, - Makron qeyd edib.

Onun sözlərinə görə, “avropalılar bir şeyə əmin ola bilərlər: onlar birləşməlidirlər və həmişəkindən daha güclü olmalıdırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью