Makrondan Hindistanın baş nazirinə hörmətsizlik VİDEO

11.02.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən Süni İntellekt (AI) Sammitində Hindistanın baş naziri Narendra Modiyə hörmətsizlik edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezidenti sammitdə iştirak edən rəhbər şəxslərlə görüşüb. Bunun fonunda Modi Makronla görüşmək üçün ona əlini uzadıb. Makron isə Hindistanın baş nazirini görməzlikdən gələrək digər rəsmilərlə əl sıxışıb,  Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə isə qucaqlaşıb. 

Qeyd edək ki, bazar ertəsi Parisdə süni intellektin təhlükəsiz istifadəsi üzrə beynəlxalq konfrans başlayıb və fevralın 11-dək davam edəcək.

Gülayə Mecid 



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью