Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbə münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, Makron Paşinyanın seçkilərdə inamlı qələbə qazandığını vurğulayaraq, onunla əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirib.
“Ermənistanın suverenliyinin və sülhün dəstəklənməsi, həmçinin Avropa ilə yaxınlaşma prosesinin irəlilədilməsi üçün sizinlə birgə işi davam etdirməkdən məmnunam”, – Fransa prezidenti qeyd edib.
Makronun açıqlaması Fransa-Ermənistan münasibətlərinin inkişafı və İrəvanın Avropa istiqamətində inteqrasiya kursuna dəstək mesajı kimi qiymətləndirilir.