Makrondan Putinə SƏRT SÖZLƏR: “Yalandır” KONKRET

25.04.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Rusiya ilə Ukrayna arasında atəşkəs danışıqları davam etdiyi bir vaxtda Qərbin məsələyə müdaxiləsi regiondakı gərginliyi daha da artırıb. Bu kontekstdə Fransa Prezidenti Emmanuel Makrondan Rusiya Prezidenti Vladimir Putinə yönəlik sərt açıqlama gəlib.

KONKRET.az xəbər verir ki, hazırda Madaqaskarda rəsmi səfərdə olan Makron burada verdiyi bəyanatda Rusiya-Ukrayna müharibəsinə və atəşkəs prosesinə toxunub.

O, Putinin “sülh istədiyini” göstərən açıqlamalarını tənqid edərək bunu yalan adlandırıb.

“Sülh istədiyini deyən Vladimir Putindən bu yalanı təkrarlamağı dayandırmasını istəyirəm. Bu müharibədə təcavüzkar Rusiyadır”, – deyə Fransa lideri vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью