Makrondan Rusiyaya atəşkəs çağırışı

15.03.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Federasiyası Amerika Birləşmiş Ştatlarının və Ukraynanın 30 günlük atəşkəs təklifini “qəbul etməyə borcludur”.

"Unikal" xəbər verir ki, bunu sosial şəbəkə hesabında Fransa prezidenti Emmanuel Makron yazıb.

Makron vurğulayıb ki, döyüşlər “dayanmalıdır”.

Fransa lideri əlavə edib ki, o, Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın baş naziri Key Starmer ilə ABŞ və Ukrayna nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüşünün nəticələrini müzakirə edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью