Makrondan sensasion bəyanat: ABŞ gedir, hazırlaşın!

06.03.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa ABŞ-ın artıq onun tərəfində olmayacağına hazır olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Fransa lideri Emmanuel Makron bu gün xalqa müraciətində deyib.

“Nüvə mühafizəsi olduqca mühümdür. Fransa 1964-cü ildən bəri nüvə mühafizəsini qoruyub saxlayır. Və nüvə mühafizəsi bütün avropalı müttəfiqlərimizə şamil edilməlidir”, - o bildirib.

Makron regionu “yenidən sənayeləşdirmək” üçün Avropanı müdafiə xərclərini artırmağa çağırıb:

“Avropa özünü daha yaxşı müdafiə edə bilməlidir. Biz özümüzü daha çox silahlandırmalıyıq. Dünya yeni dövrə qədəm qoyur. Tarixi hadisələr dünya düzənini sarsıdır, çünki ABŞ-ın Ukraynaya dəstəyi şübhə doğurur, hətta ABŞ müttəfiqlərinə tariflər tətbiq etməyə çalışır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью