Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Fransa prezidenti Emmanuel Makron Rusiyanı Ukraynadakı münaqişəyə son qoya bilməməkdə ittiham edərək, ona qarşı təzyiqlərin artırılmasına çağırıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə X sosial media platformasında bəyanat yayıb.
“Biz Moskvaya təzyiqi artırmaqda qərarlıyıq, Rusiya buna hazır olmalıdır,” – Fransa lideri bildirib.
Makron həmçinin ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəklədiyini vurğulayıb.
Bundan əvvəl Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas 19-cu məhdudlaşdırıcı tədbirlər paketinin qəbul edildiyini açıqlamışdı. Yeni sanksiyalar siyahısına 63 fiziki və hüquqi şəxs, o cümlədən 117 dəniz tankeri daxil edilib.
Tahir Turan
Globalinfo.az