Makrondan Suriya mesajı: “Qətiyyətli addım atılıb”

27.08.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa prezidenti Emmanuel Makron Suriya Demokratik Qüvvələrinin (SDF) Suriya dövlətinə dinc inteqrasiyası prosesində mühüm addım atıldığını bildirib.

Turkustan.az xəbər verir ki, Makron sosial media hesabında yayımladığı açıqlamada SDF-nin Suriya dövlətinə inteqrasiyası istiqamətində atılan addımı alqışlayıb və Suriyanı təbrik edib.

Fransa prezidenti Suriya Prezidenti Əhməd əş-Şaranın bu məsələdə qətiyyətini, SDF komandiri Məzlum Əbdi və qüvvələrin göstərdiyi məsuliyyətli mövqeyi yüksək qiymətləndirdiyini bildirib.

Makron qeyd edib ki, Fransa keçid prosesinin başlanğıcından etibarən bu istiqamətdə atılan addımları dəstəkləyib və prosesin həyata keçirilməsini yaxından izləməyə davam edəcək.

O vurğulayıb ki, Fransa Suriyanın bütün komponentlərinə, dövlətin silah üzərində inhisarına, həmçinin ölkənin birliyi və suverenliyinə hörmət əsasında keçid prosesini dəstəkləyir.

Makronun sözlərinə görə, Suriyada davamlı sülh və sabitliyə nail olmaq yalnız bu prinsiplər əsasında mümkündür.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью