Makrondan Trampın NATO ilə bağlı şərhlərinə cavab

02.04.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın NATO-dakı iştirakı ilə bağlı ziddiyyətli bəyanatlar yaymaq əvəzinə, sabitliyə nail olmaq üçün birgə işləməyə çağırıb.

525.az xəbər verir ki, bu barədə o, Koreya Respublikasına səfəri zamanı jurnalistlərə deyib.

"Hər gün öhdəliyinizi sorğulamaq onu mənasız edir. Bir ittifaqa qoşulduğunuz  zaman öhdəliklərinizi yerinə yetirirsiniz; hər səhər onları nəzərdən keçirib bunu edib-etməyəcəyinizi bildirmirsiniz. Ona görə də şərhlərə münasibət bildirməyəcəyəm. Düşünürəm ki, bu barədə çox danışılır və çoxlu əks fikirlər var", - Makron söyləyib.

Əlavə edib ki, "ciddi olmaq istəyirsinizsə, hər gün bir gün əvvəlkinin əksini demirsiniz. Və bəlkə də hər gün deməməlisiniz; sadəcə hərəkətə keçməli, gərginliyi azaltmalı və davamlı sülh qurmalısınız".

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью