Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron Hindistana səfərləri zamanı təyyarədən enərkən qeydə alınan görüntülərə görə sosial şəbəkələrdə müzakirə obyektinə çevriliblər.
Globalinfo.az xəbər verir ki, hadisə Makronların 17–19 fevral tarixlərində Hindistana üçgünlük rəsmi səfəri çərçivəsində baş verib.
Sağçı “Les Patriots” partiyasının lideri Florian Filippot sözügedən videonu paylaşaraq diqqət çəkib.
Yayılan kadrlarda Prezident təyyarənin qapısı açıldıqdan sonra qısa müddətə həyat yoldaşından uzaqlaşır. Bricit Makron isə bir anlıq çaşqın görünür, daha sonra heyət üzvünə müraciət edir. Bir qədər sonra Emmanuel Makron geri qayıdaraq dirsəyini həyat yoldaşına uzadır və cütlük birlikdə pilləkənlərlə enir.
Filippot paylaşımında “Orada tam olaraq nə baş verdi?!” sualını ünvanlayaraq hadisəni istehzalı formada şərh edib.
Tahir Turan
Globalinfo.az