Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sentybarın 21-də Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirlib.
“Cebheinfo.az”-ın məlumatına görə, Manhetten Mərkəzindəki “Tramp Qülləsi”ndə görüşən liderlər İran və Ukraynadakı münaqişələri müzakirə ediblər.
ABŞ və Fransa prezidentləri enerji və mülki infrastruktur obyektlərinə hücumlara moratorium qoyulması istiqamətində işləmək barədə razılığa gəliblər.
Görüşdən sonra Fransa Prezidenti jurnalistlərə Trampla söhbətinin çox yaxşı və çox konstruktiv keçdiyini bildirib.
“Reuters” agentliyinin sitat gətirdiyinə görə, Makron “X” sosial şəbəkəsində yazıb: “Enerji bazarlarında gərginliyi azaltmaq, Yaxın Şərqdə vacib infrastrukturu və Hörmüz boğazında naviqasiya azadlığını qorumaq üçün birlikdə hərəkət etmək qərarına gəldik”.
Bundan başqa, Prezident Makron paylaşımında “Ukraynada enerji obyektlərinə və mülki hədəflərə hücumlara moratorium qoymaq üçün birlikdə çalışacağıq”,- deyib.
O, həmçinin Rusiya ilə Ukrayna arasında sülh razılaşmasının şərtləri ilə bağlı ciddi danışıqlar aparmağa çağırıb.
Jurnalistlərin verdiyi məlumata görə, Emmanuel Makron Donald Trampla görüşündə Kiyevə raket əleyhinə müdafiə sistemlərinin çatdırılmasının sürətləndirilməsi imkanlarını müzakirə edib:
“Ukraynalı dostlarımıza raket tutucularla bağlı daha təcili və effektiv yardım göstərməyin vacibliyi barədə uzun müzakirələr apardıq, çünki bu, müdafiə baxımından əsas məsələdir”,- deyə Makron açıqlamasında qeyd edib.
Görüşdən sonra Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə sentyabr 22-də danışıqlar aparmağı planlaşdırıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin