Makronu “cənab Şantaj” adlandırdılar

27.11.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının uzunmüddətli büdcəsi ilə bağlı mövqeyinə görə avropalı diplomatların tənqidinə tuş gəlib. Diplomatlardan biri Makronu Fransada keçiriləcək prezident seçkilərinədək Aİ-nin uzunmüddətli büdcəsinin razılaşdırılmasında israr etdiyinə görə "cənab Şantaj" adlandırıb.

Milli.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Adının açıqlanmasını istəməyən diplomat Makronun Fransa prezident seçkiləri naminə Avropa İttifaqının büdcəsi ilə bağlı danışıqları girov götürməsini qəbuledilməz hesab edib.

Nəşrin yazdığına görə, Aİ-nin 2028-2034-cü illəri əhatə edən uzunmüddətli büdcəsinin təsdiqlənməsi üçün texniki baxımdan hələ bir il vaxt var. Lakin Makron danışıqların 2027-ci ilə saxlanılmasını demokratik baxımdan yolverilməz sayır. Onun fikrincə, bu halda müzakirələr Fransa prezident seçkilərinə çox yaxın vaxta təsadüf edəcək.

Bununla belə, bir sıra Avropa liderləri Makronun bu mövqeyi ilə razılaşmırlar.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью