Makronu qorxu bürüdü Avropaya müraciət etdi: Ayılın, silahlanın

21.01.2025

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa prezidenti Emmanuel Makron yanvarın 20-də Donald Trampın hakimiyyətə qayıdışı ilə əlaqədar Fransa ordusu qarşısında çıxışında Avropanı “ayılmağa” və müdafiəyə daha çox pul xərcləməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri yazıb.

"Amerikalı müttəfiqimiz Aralıq dənizindən hərbi gəmilərini geri çəksə, sabah Avropada nə edəcəyik?" – deyə Makron deyib.

Makron xəbərdarlıq edib ki, Ukraynadakı müharibə yaxın günlərdə bitməyəcək: "Gəlin özümüzü aldatmayaq".

Fransa prezidenti Avropaya öz müdafiəsi üçün daha çox məsuliyyət götürməyə çağırış edib: "Avropalılar olmadan Avropada sülh və təhlükəsizlik ola bilməz".

Tural

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью