Makronu zəif adlandırdı

04.12.2024

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronu öz vəzifəsindən getməli olan zəif şəxs adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, Medvedev bu barədə öz teleqram kanalında paylaşım edib.

“Fransa Prezidenti Makron hökumət böhranının öhdəsindən gələ bilmədi və getməlidir. O, zəifdir”, - deyə sədr müavini qeyd edib.

D.Medvedev, həmçinin Makronun hazırda ABŞ tərəfindən dəstəkləndiyini, gələcək taleyinin isə naməlum olduğunu qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью