Icma.az, Axar.az saytına istinadən bildirir.
Fransa Prezidenti Emmanuel Makronun baş diplomatı fevralın 3-də Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Moskvada olub.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyinə mənbələr məlumat verib.
Mənbənin sözlərinə görə, Makronun 2019-cu ildən bəri diplomatik şöbəsinə rəhbərlik edən Emmanuel Bonn Kremlin rəsmiləri ilə görüşüb. Mənbə əlavə təfərrüat verməyib, yalnız bildirib ki, məqsəd əsas məsələlər üzrə, ilk növbədə Ukrayna ilə bağlı dialoq aparmaqdır.
Fransanın baş naziri danışıqların keçirilməsi faktını nə təsdiqləyib, nə də təkzib edib, lakin belə deyib:
"Prezident dünən öz ofisində dediyi kimi, müzakirələr tam şəffaflıq şəraitində texniki səviyyədə aparılır və prezident Zelenski, eləcə də əsas avropalı həmkarlarla məsləhətləşmə əsasında həyata keçirilir".
İki diplomatik mənbə bildirib ki, müttəfiqlər bu təşəbbüs barədə məlumatlandırılıb və Bonn Rusiya prezidenti Vladimir Putinin baş köməkçisi Yuri Uşakovla danışıqlar aparıb.