Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makronun Haiti liderlərini “axmaq” adlandırması ölkələr arasında qalmaqala səbəb olub.
Turkustan.az “Report”a istinadən xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Nəşrin yazdığına görə, Haiti hökuməti Makronun “dostyana olmayan və yersiz” şərhlərinə etiraz etmək üçün ölkədəki Fransa səfirini çağırıb.
Belə ki, çərşənbə günü Fransa Prezidenti Karib ölkəsindəki vəziyyəti şərh edərkən Haitinin keçid prezident şurasının baş naziri vəzifəsindən kənarlaşdırılması barədə qərarını “tamamilə axmaqca” adlandırıb.
Bu qərar noyabrın əvvəlində silahlı qarşıdurmaların kəskinləşməsi fonunda qəbul edilib.
“Açığı, Haitini məhz narkotik alveri ilə məşğul olmağa yol açan haitililər məhv ediblər”, – Makron deyib.
Bu sözlərdən sonra Braziliyada Fransa Prezidenti şura ilə fikir ayrılığına görə hakimiyyətdən kənarlaşdırılan Haitinin keçmiş baş naziri Ariel Anrini tərifləyib.