Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ceffri Epşteyn istintaqı ilə bağlı açıqlanan yeni sənədlərdə Fransa Prezidenti Emmanuel Makronun adının keçməsi ölkədə ciddi müzakirələrə səbəb olub. Müxalifət hadisə ilə bağlı rəsmi araşdırma aparılması çağırışı edib. Sənədlərdə iddia edilir ki, Makron bir çox məsələlərdə Epşteyndən yardım istəyib.
Bizim.Media xəbər verir ki, ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanş Epşteyn istintaqına dair 3 milyondan çox yeni dosyenin ictimaiyyətə açıqlandığını bildirib.
Sənədlərdə Fransa Prezidenti Emmanuel Makronun adının, onun 2017-ci ildə prezident seçilməsindən əvvəlki və sonrakı dövrlərə aid çoxsaylı materiallarda yer alıb.
Sənədlərə daxil edilən elektron məktublardan birində Epşteynin 17 sentyabr 2018-ci ildə Dünya İqtisadi Forumu (WEF) İdarə Heyətinin sədri və baş icraçı direktoru Borge Brendeyə göndərdiyi mesaj yer alır. Epşteyn məktubda paylaşacağı məlumatların məxfi olduğunu vurğulayaraq Makrona aid edilən dəyərləndirmələrə toxunur. Həmin yazışmada idarəetmə, beynəlxalq institutlar və dövlət–özəl sektor münasibətlərinin yenidən düşünülməli olduğu qeyd edilir.
Sənədlərdə, həmçinin Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamı Sultan Əhməd bin Sulayemin 22 mart 2016-cı ildə Epşteynə göndərdiyi elektron məktub da yer alıb. Bin Sulayem yazışmada Yelisey sarayında nahar etdiyini və həmin dövrdə Fransanın maliyyə naziri olan Makronla Fransadakı işlər barədə “yaxşı bir görüş” keçirdiyini bildirib.
Epşteynin 30 avqust 2018-ci il tarixli başqa bir e-poçt yazışmasında isə Makron ondan institusiyalar, siyasət və elm də daxil olmaqla bir çox mövzuda məsləhət istəyib.
O, Makron barədə bu ifadələri işlədib:
“Avropaya, bəlkə də dünyaya liderlik etmək istəyir”.
Sənədlərin açıqlanmasından sonra Fransada siyasi reaksiyalar güclənib. Fransız Vətənpərvərlər Partiyasının (Les Patriotes) lideri Florian Filippot X sosial şəbəkəsində paylaşım edərək Makronun prezidentlikdən əvvəl və sonra Epşteynlə birbaşa və ya dolayı iş əlaqələrinin olması iddialarına sərt reaksiya verib.
Filippot bu əlaqələrin “Fransanın milli təhlükəsizliyini təhlükə altına atdığını” iddia edərək rəsmi istintaqın başladılmasına çağırış edib.
Bizim.Media