Makronun dəhşətli planı üzə çıxdı

15.09.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron Afrikaya səfəri zamanı qitə liderlərini Rusiya-Afrika sammitində iştirak etməkdən çəkindirməyə çalışacaq.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı səfirlər səviyyəsində keçirilən “dəyirmi masa”da bildirib.

O qeyd edib ki, cənab Makron Afrikaya səfər edib və müəyyən faktlara əsaslanaraq şübhələrimiz odur ki, o, afrikalı dostlarımızı Rusiya-Afrika sammitində iştirak etməkdən ən yüksək səviyyədə çəkindirmək üçün əlindən gələni edəcək.

Lavrov həmçinin əlavə edib ki, Rusiya Afrika tərəfdaşlarını müstəqil və özünü təmin edən dövlətlər kimi görür və buna görə də Moskva bu cür metodlara əl atmır. Üçüncü Rusiya-Afrika Zirvə görüşü 28-29 oktyabr tarixlərində Moskvada keçiriləcək.

Forumun məqsədi Rusiyanın qitə ölkələri ilə strateji tərəfdaşlığını daha da gücləndirmək, iqtisadi və humanitar əlaqələri genişləndirmək və inkişaf etməkdə olan çoxqütblü dünyada birgə təşəbbüsləri irəli sürməkdir.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью