GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransa Prezidenti Emmanuel Makron amerikalı maliyyəçi Ceffri Epşteynlə gizli şəkildə əlaqə yaradıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi sənədlərə istinadən məlumat yayıb.
Bildirilib ki, Makron ərəb iş adamı Sultan bin Süleyem vasitəsilə Epşteynlə yazışıb.
“Makronun uşaqlara qarşı cinsi cinayətlərdə ittiham olunan Epşteynlə 2016-cı ildə, Fransanın İqtisadiyyat, Sənaye və Rəqəmsal İşlər Naziri vəzifəsində çalışarkən əlaqə qurmağa başladığı deyilir.
2018-ci ilə aid elektron poçtlarda Makronun prezidentliyi dövründə Epşteynlə əlaqə saxlamağa davam etdiyi göstərilir. Sənədlərə görə, o, maliyyəçidən Fransa və Avropa üçün siyasət hazırlamaqda kömək istəyib. Bundan əlavə, Epşteyn ABŞ iş adamları ilə Makron administrasiyası arasında rəsmi kanallardan kənar əlaqələr qurmağı asanlaşdırıb”, – deyə vurğulanıb.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı 3 milyon səhifədən çox material yayımlayıb. Faylda maliyyəçinin cihazlarında tapılan “böyük həcmdə kommersiya pornoqrafiyası” da daxil olmaqla 2000-dən çox video və 180.000 şəkil var.
Xatırladaq ki, Epşteyn 2019-cu ildə azyaşlı qızların cinsi istismarı ilə bağlı saxlanılmış, bir neçə ay sonra isə Nyu-York həbsxanasında intihar etmişdi.
Əliyar Xəlil
Globalinfo.az