Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron 2027-ci ildə vəzifəsindən getdikdən sonra dünən və bu gün Dublində toplantısı keçirilən “Avropa Siyasi Birliyi” fəaliyyətini dayandıra bilər. Bu barədə “Politico” avropalı diplomatlar və rəsmilərə istinadla məlumat yayıb. Mənbələrə görə, bir çox lider Makronun təşəbbüsü ilə yaradılmış bu forumdan bezib və onu nəticəsiz müzakirələr aparılan platforma hesab edir. Amma belə fikirlər Yelisey Sarayı və Avropa İttifaqının strukturlarında qəbul olunmur. Onlar artıq ASB-nin növbəti sammitləri barədə qərarın verildiyini bildiriblər. Növbəti görüşlər İsveçrə, Yunanıstan, Azərbaycan və Latviyada keçiriləcək. ASB-nin Bakı sammitinin 2028-ci ilin mayında keçiriləcəyi gözlənilir.
XQ