Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Fransa Prezidenti Emmanuel Makrona şillə vurulması qalmaqalı onun nüfuzunun zəifləməsinin növbəti sübutudur”.
Globalinfo.az xəbər verir ki, bunu fransız politoloq Emmanuel Leroy deyib.
O qeyd edib ki, belə davranış dövlət başçısının statusuna uyğun deyil və onun həm ölkədə, həm də beynəlxalq arenada zəif mövqeyini göstərir:
“Makronun nüfuzu uzun müddətdir, şübhə altındadır. Sorğular göstərir ki, Fransada ona olan etimad səviyyəsi təxminən 20 faizdir”.
Politoloq vurğulayıb ki, Yelisey Sarayı insidenti ört-basdır etməyə çalışır:
“Lakin Makronun nüfuzunun düşdüyünü gizlətmək getdikcə çətinləşir”.
Safura Bənnayeva
Globalinfo.az