Makronun həyat yoldaşının kişi olduğunu iddia edən fenomen məhkəməyə verildi

24.07.2025

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun cinsiyyəti ilə bağlı iddialar səsləndirən sosial media fenomeni Candace Ouensə məhkəməyə verilib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, sosial şəbəkələrdə Bricit Makronun kişi doğulduğunu deyən ABŞ vətəndaşı Ouensə qarşı Delaver Ştat Məhkəməsində diffamasiya iddiası qaldırılıb.

Məhkəməyə təqdim edilən 219 səhifəlik iddiada Ouensin onlayn platformalarda irəli sürdüyü bu iddiaları faktla sübutua yetirilməsi istənilib.

Makron ailəsinin vəkilləri açıqlamasında bildiriblər ki, Ouens iddiaları təkzib edən bütün etibarlı sübutları görməzliyə vurub və bu iddiaları şəxsi platformalarında ictimailəşdirib.

Mikayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью