Makronun istefası Fransanı böhrandan xilas etməyəcək

03.09.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Fransa prezidenti Emmanuel Makronun istefası Avropa İttifaqının diplomatiyası üçün ciddi nəticələr verə bilər, lakin bu ölkədəki daxili siyasi böhranı həll etməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ''Politico'' Avropa diplomatik dairələrindəki mənbələrə istinadən bildirir.

Nəşrin yazdığına görə, Fransa siyasi sistemi iflic vəziyyətindədir və Makronun mümkün istefası ilə bağlı müzakirələr açıqdır. Hətta baş nazir və dövlət başçısının dəyişməsi də artan milli borc problemini və siyasi çıxılmaz vəziyyəti həll etməyəcək.

Aminə Şahsuvarqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью