Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa prezidenti Emmanuel Makronun baş diplomatı Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Moskvaya səfər edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Agentliyin mənbələrindən birinin məlumatına görə, 2019-cu ildən bəri Makronun diplomatik müşaviri olan Emmanuel Bonne 3 fevral tarixində Kremldə dövlət rəsmiləri ilə görüşüb.
İlkin məlumatlara görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Bonnun həmsöhbətləri arasında ola bilər.
Təmasların məqsədinin Fransa və Rusiya arasında əsas məsələlər, xüsusən də Ukrayna üzrə dialoq qurmaq olduğu bildirilir.