Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Fransa prezidentliyinə namizədliyini irəli sürən “Debout la France” siyasi partiyasının lideri Nikola Düpon-Enyan ölkənin Ukraynaya istənilən maliyyələşdirməni dayandırmasını və Avropa İttifaqından çıxmasını təklif edib.
Turkustan.az xəbər verir ki, o, bu barədə “TF1 Info”-nun yayımladığı “Objectif 2027” proqramında danışıb.
“Prezident seçkilərində Ukraynada sülh siyasətini və Avropa İttifaqından çıxışı müdafiə edəcəyəm. Çünki bundan fransızlar zərər görür”, – deyə namizəd bildirib.
O, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin siyasətini tənqid edib və milli suverenliyin qorunmasını əsas gətirərək Fransanın Aİ qarşısındakı öhdəliklərinə yenidən baxılmasının tərəfdarı olduğunu bildirib.
“Ursula fon der Leyen bizə nə hazırlayır? Yeni karbon vergisi, Balkan ölkələrinin və Ukraynanın Aİ-yə qəbul edilməsi, rəqəmsal nəzarət, nüvə çəkindirməsinin bölüşdürülməsi və tezliklə gənclərimizin Ukraynaya “top yemi” kimi göndərilməsi”, – deyə Düpon-Enyan bildirib.
Qeyd edək ki, Nikola Düpon-Enyan 18 aprel 2027-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində namizədliyini rəsmən elan edib. Birinci turda nəticə müəyyənləşməzsə, ikinci turun 2 mayda keçirilməsi planlaşdırılır./Globalinfo.az